İngiltərə parlamenti Fələstini dövlət olaraq tanıdı
14 Oktyabr 2014 Çərşənbə Axşamı 11:21
İngiltərə parlamenti Fələstini dövlət kimi tanıdığını göstərdi.
İngiltərə Fələstini dövlət kimi tanıdı
ANS PRESS-in məlumatına görə, İngiltərə parlamentinin aşağı qanadı olan Avam Kamerası “hökumətin Fələstini dövlətini tanıması” ilə bağlı təklifini 4 saatlıq müzakirələrdən sonra 274 səslə qəbul edib. Bu təklif müxalifətdəki İşçi Partiyasının “Fələstinin dostları” qrupunun rəhbəri Qraham Morris tərəfindən hazırlanıb. Səsvermədə 12 millət vəkilinin təklifin əleyhinə səs verdiyi qeyd edilir.
Bundan başqa, ingilis parlamentarilər müzakirələr zamanı Yaxın Şərq və bölgənin gələcəyi ilə bağlı fikirlərini bölüşüblər.
Onu da qeyd edək ki, səsvermənin nəticəsinin hüquqi qüvvəsi olmayacaq. Çünki BB-də dövlətləri parlament yox, hökumət tanıyır.
DOSTLARINLA PAYLAŞ: