İngiltərə Kuboku: “Arsenal” mübarizədən kənarlaşdırıldı
19 Fevral 2012 Bazar 00:29
“Topçular” 1/8 finalda “Sanderlend”ə məblub oldular.
İngiltərə Kubokunun 1/8 final mərhələsi “Arsenal” üçün növbəti şok olub. ANS PRESS-in məlumatına görə, London klubu səfərdə “Sanderlend”ə uduzub və kubok uğrunda mübarizədən kənarda qalıb. Arsen Vencerin komandası kapitan Robin van Persi də daxil olmaqla əsas heyətlə oynasa da, “qara pişiklər”lə bacarmayıb və 2:0 hesabı ilə məğlub olub.
Oyunun 40-cı dəqiqəsində hesabı Kiran Riçardson açıb. 78-ci dəqiqədə isə “Arsenal”ın gənc yarımmüdafiəçisi Aleks Oksley-Çemberlen topu öz qapısından keçirib.
İngiltərə Kubokundan kənarlaşması və Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyununda “Milan” qarşısında acı məğlubiyyətdən (0:4) sonra “Arsenal”ın hazırkı mövsümdə bir şansı qalıb - İngiltərə çempionu olmaq.
DOSTLARINLA PAYLAŞ: