İngiltərə Kraliçası mülkünü satdı
16 İyul 2010 Cümə 16:50
XVI əsrə aid ev 1,5 milyon dollara hərraca çıxarılıb.
Böyük Britaniya Kraliçası II Yelizaveta şəhər ətrafındakı mülklərindən birini satıb. Belə ki, Çeşir qraflığındakı mülk hərraca çıxarılıb. Bu barədə "The İndependent" qəzeti məlumat yayıb.

XVI əsrə aid "Hadley Hall" adlı mülkün ərazisi 20 hektardan artıqdır. Evin qiyməti 1,5 milyon dollar olub.
Qəzetin yazdığına görə, satış Kral ailəsinin maliyyə problemləri ilə bağlıdır. Belə ki, dünya iqtisadi böhranı Kral ailəsinin sahib olduğu obyektlərin səhmlərinə böyük zərbə vurub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar