İngiltərə 20 milyon sterlinq təzminat ödəyəcək
07 İyun 2013 Cümə 07:48
İngiltərə hökuməti Mau-Mau üsyanı zamanı zərər çəkmişlərə təzminat ödəyəcəyini açıqlayıb.
1950-ci illərdə İngiltərənin müstəmləkəsi olan Keniyada Mau-Mau üsyanı zamanı işgəncəyə məruz qalanlara təzminat ödənəcək. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, İngiltərə hökuməti təzminatın təxminən 20 milyon sterlinq olacağını açıqlayıb.

Xatırladaq ki, 1950-1960-cı illərdə İngiltərənin müstəmləkəsi olan Keniyada üsyan olub və minlərlə insan öldürülüb. Keniya 1963-cü ildə müstəqillik qazanıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar