İngilislərin yeni kəşfiyyat agentliyi işə başlayır
07 Oktyabr 2013 Bazar Ertəsi 08:07
Agentliyin 40 ölkədə nümayəndəliyi olacaq.
İngiltərənin yeni kəşfiyyat xidməti fəaliyyətə başlayır. ANS PRESS Rusiya mətbuatına istinadən xəbər verir ki, Milli Antikriminal Agentliyi adlanacaq qurumun 40 ölkədə nümayəndəliyi və 4 min nəfər əməkdaşı olacaq.
Xüsusi xidmət orqanı dünyanın 150 ölkəsinin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edəcək. Agentliyin əsas mandatı mütəşəkkil cinayətkarlıq və qanunsuz miqrasiya, kibercinayətkarlıq, iqtisadi cinayətkarlıq, narkotik vasitələrin, silah, insan alveri və s. qanunsuzluqların qarşısını almaq olar.
DOSTLARINLA PAYLAŞ: