İngilislər referendum istəyir
16 May 2010 Bazar 18:10
Londonda aksiya keçirən şəxslər ölkənin seçki sisteminin dəyişdirilməsini tələb edib.
Parlament seçkilərinin ardınca Böyük Britaniyada seçkilərdə ədalətsizlik olduğunu düşünən 500-ə yaxın insan parlament önündə toplaşıb. Etirazçılar “Parlamenti geri qaytarın” şuarı ilə seçki sistemini tənqid edib. Onlar müvafiq sistemin dəyişdirilməsi üçün referendumun keçirilməsini tələb edib.
Xatırladaq ki, Böyük Britaniyada keçirilən parlament seçkilərinin nəticələrinə əsasən Mühafizəkarlar Partiyasının lideri Devid Kameron ölkənin yeni baş naziri seçilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: