İngilis şirkəti bir çox ölkəyə minaaxtaran adıyla qolf dedektoru satıb
09 Mart 2013 Şənbə 05:49
Cihaz bağlamalarının üstündə “Beynəlxalq Mina Texnikləri və Tədqiqatçıları Assosiasiyası”nın etiketi var.
İngiltərədə beynəlxalq səviyyədə bir dələduzluq faktının üstü açılıb. “BBC”nin məlumatına görə, ingilis şirkətlərindən biri Gürcüstan, İraq, Səudiyyə Ərəbistanı, Niceriya və s. daha bir çox ölkəyə minaaxtaran adıyla qolf topu dedektoru satıb.

Prokuror Riçard Rittam “McCormeck” şirkətinə aid bukletlərdə, təyyarə, gəmi, bina və s. bu kimi yerlərdə əlində minaaxtaranla axtarış aparan hərbi geyimli insan şəkilləri olduğunu, satılan cihazların isə sadəcə qolf meydançasında top axtarmaq üçün olduğunu qeyd edib. Rittam həmçinin cihaz bağlamalarının üstündə “Beynəlxalq Mina Texnikləri və Tədqiqatçıları Assosiasiyası”nın etiketi yapıştırılaraq müştərilərin aldadıldığını deyib.

Qeyd edək ki, Amerikada mağazalarda sadəcə 20 dollara satılan bu cihazların satışından Ceyms Makkormik 40 milyon dollar gəlir əldə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar