İngilis elektron kəşfiyyat rəhbərləri çətin dilemma qarşısında
03 Avqust 2013 Şənbə 11:36
ABŞ hökumətinin Britaniya kəşfiyyatına məlumat toplamaq üçün ən azı 100 milyon funt ödədiyi məlum olub.
İngilis elektron kəşfiyyatının rəhbərləri ABŞ Milli Təhlükəsizlik Agentliyinin təşkilati ödəmələr nəzarəti haqqında suallarına cavab verməli olublar.
ANS PRESS-in İngiltərənin “Financial Times” qəzetinə istinadən verdiyi məlumata görə, əvvəlcə “The Guardian” qəzeti, sonra da Edvard Snouden son üç ildə ABŞ hökumətinin Britaniya kəşfiyyatına məlumat toplamaq üçün ən azı 100 milyon funt (150 milyon dollar) ödədiyini sübut ediblər. Məlumata görə, bu məbləğ Britaniya Rabitə İdarəsinin hesabına göndərilib.
Məlumata görə, ABŞ-ın Kəşfiyyat və Təhlükəsizlik üzrə Britaniya Komitəsinin İngiltərədən bu faktların aydınlaşdırılmasını tələb edəcəyi gözlənilir.
DOSTLARINLA PAYLAŞ: