İngilis akademikin 600 övladı olduğu aşkarlanıb
09 Aprel 2012 Bazar Ertəsi 03:35
Həkim buna bağışladığı spermlərlə nail olub
İngiltərədə Bertold Vizner adlı akademikin 600 övladının olduğu məlum olub. Xəbəri manşetindən yayan “Sunday Times” qəzetinin iddialarına görə, həyat yoldaşı ilə klinikada işləyən Vizner öz spermlərindən istifadə edərək yüzlərlə qadının ana olmasını təmin edib.

Məlumata görə, 2007-ci ildə keçirilən DNT testlərinə görə, 1943 – 1962-ci illər arasında klinika vasitəsilə bağışlanan spermlər nəticəsində dünyaya gələn hər 18 körpədən 12-i avstriyalı Viznerə aiddir.

Məsələ ilə bağlı davam edən istintaqı aparan Beri Stevenslə vəkil Devid Qollansın qənaətinə görə, 1972-ci ildə vəfat edən Viznerin övladlarının sayı 600 ola bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar