İnəklərini axtardıqlarına görə həbs edildilər
07 Avqust 2009 Cümə 23:30
Cənubi Osetiyada beş nəfər Gürcüstan vətəndaşı saxlanılıb

 

Cənubi Osetiyanın Disev kəndi ərazisində sərhədi qanunsuz keçdiyinə görə beş Gürcüstan vətəndaşı saxlanılıb. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə cümə günü tanınmamış Cənubi Osetiya Respublikasının müdafiə naziri Yuri Tanayev məlumat verib.

Tanayevin sözlərinə görə, sərhədi qanunsuz keçən şəxslər Cənubi Osetiya ərazisində öz inəklərini axtardıqlarını bildiriblər.

O qeyd edib ki, hazırda sərhəd pozucuları Sxinvalidədir. 

Araşdırma aparıldıqdan sonra prezident Eduard Kokoytının sərəncamı ilə onlar buraxılacaq. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar