İnəkdən iki ürək çıxıb
05 Aprel 2011 Çərşənbə Axşamı 23:58
Sumqayıtda qəssab maraqlı hadisə ilə üzləşib
Bu gün səhər Sumqayıtın 10-cu mikrorayon ərazisində uzun müddət qəssablıq fəaliyyəti ilə məşğul olan 2 nəfər şəxs kəsdikləri dananın içərisində 2 ürəyin olduğunun şahidi olub. Qəssablar belə bir hadisə ilə ilk dəfə qarşılaşdıqlarını deyirlər. 12 ildir qəssablıq fəaliyyəti ilə məşğul olan Sadiq Mustafayev bir böyrəkli danaya rast gəldiyini desə də, qeyd edib ki, danadan iki ürəyin çıxması onun üçün qəribə hadisədir.

“12 yaşımdan qəssablıq edirəm, belə bir şey görməmişəm. Baxın iki ürək bir yerdə yapışıqdır. Adi ürəklərdə iki klapan olur, bunda 4 klapandır”, - deyə qəssab əlavə edib.

İki ürəkli dananın ətinin dadında digər ətlərdən heç bir fərqin olmayacağını deyən qəssab heyvanda kəsilməmişdən əvvəl qəribə xüsusiyyətlərin olmadığını da qeyd edib.

Dövlət baytarlıq xidmətindən isə dedilər ki, belə bir halın baş verməsi anomaliyadır. Yəni mində bir heyvanda iki ürək çıxa bilər ki, bu da onun mayalanması zamanı rüşeymin inkişaf dövrü ilə əlaqədardır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar