İnək şəhərdə aləmi bir-birinə qatdı
01 Oktyabr 2014 Çərşənbə 12:19
Türkiyədə qurbanlıq üçün gətirilən inək ipindən qoparaq şəhərə qaçıb.
Türkiyənin Sinop vilayətində qurbanlıq üçün gətirilən inək ipindən qoparaq şəhərə qaçıb.

ANS PRESS-in məlumatına görə, sahibi hər nə qədər çalışsa da, inəyi tuta bilməyib. İnək, demək olar ki, bir neçə saat ərzində şəhəri başdan ayağa gəzməyə macal tapıb.

Ara-bir avtomobil magistralına çıxan qaramal nəqliyyatın hərəkətinə də mane olub. Daha sonra inəyi hökumət binasının qaşrısında küncə sıxışdıraraq saxlamaq olub. Polis əməkdaşları inəyi sahibinə təhvil veriblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar