İndoneziyada vulkan puskürüb
26 Oktyabr 2010 Çərşənbə Axşamı 19:05
İndoneziyada vulkan puskürüb. Nəticədə 20 adam yaralanıb, minlərlə sakin evakuasiya olunub.
İndoneziya daha bir təbii fəlakətlə üzləşib. Dünən baş verən 7,5 bal gücündə zəlzələdən sonra əmələ gələn sunami qasırğasının ardınca Yava adasındakı Merapi vulkanı da puskürməyə başlayıb.
İndoneziyada vulkanları araşdıran alimlərin dediyinə görə, onlar üç partlayış səsi eşidib. Yanan dağın duman və kül püskürdüyünü deyən elm adamları külün 1,5 kilometr yüksəkliyə qədər qalxdığını deyib.
Ətrafa püskürən qızmar küldən 20 adam müxtəlif dərəcəli xəsarət alıb. Dağın ətrafında yaşayan minlərlə sakin təcili evakuasiya olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: