İndoneziyada sunami qurbanlarının sayı 311-ə çatdı
28 Oktyabr 2010 Cümə Axşamı 01:55
Əlverişsiz hava şəraiti üzündən bir sıra rayonlara humanitar yardımın çatdırılması müşkülə çevrilib.
İndoneziyada sunami nəticəsində həlak olanların sayı 311-ə çatıb, 410 nəfər itkin düşmüş sayılır. Bu barədə məlumatı CNN telekanalı yayıb. Əlverişsiz hava şəraiti üzündən bir sıra zərər çəkən rayonlara humanitar yardımın çatdırılması müşkülə çevrilib. Qırmızı Xaç Komitəsinin İndoneziya nümayəndəliyinin ən azı bir qrupu güclü fırtına üzündən geri qayıtmağa məcbur olub. Proqnozlara görə pis hava şəraiti hələ bir ençə gün davam edəcək.
Yerli hökumət orqanlarının məlumatına görə, əhaliyə xəbərdarlıq sistemi vaxtında işə düşməyib. Ona görə də bir çox sakinlər fəalkət rayonunu vaxtında tərk edə bilməyiblər.
Xatırladaq ki, çərşənbə axşamına keçən gecə İndoneziyada 7,2 bal gücündə zəlzələ baş verib. Bazar ertəsi isə Sumatra adası yaxınlığında 7,5 bal gücündə zəlzələ olmuşdu. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: