İndoneziyada sualtı yanardağ tapılıb
29 May 2009 Cümə 12:30
Yanar dağın ucalığı 4600 metr, eni 50 kilometrdir

İndoneziyanın qərb sahilində sunami ilə bağlı araşdırmalar aparan alimlər böyük bir yanardağ tapıblar. CNNTürk-ün məlumatına görə, geoloq Yusif Sürəçmən bildirib ki, Djajadiharda gözlənilmədən kəşf olunan yanar dağın ucalığı 4600 metr, eni 50 kilometrdir.
Yanardağın aktiv olub –olmadığı hələ ki bilinmir. Amma Djajadihardda aşkar edilən bu vulkanın fəallaşması çox təhlükəli ola bilər. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar