İndoneziyada püskürən vulkan fəsadlara yol açır
06 Avqust 2010 Cümə 22:20
2000 nəfərə qədər insanla əlaqə tamamilə kəsilib.
İndoneziyanın şərqində yerləşən Siau adasında Karangetang vulkanının fəallaşmasının ciddi fəsadlara səbəb olduğu bildirilir.
Ölkənin fövqəladə hallar qurumundan verilən məlumata görə, ən azı 9 ev, bir məktəb, kilsə və bir körpü tamamilə sıradan çıxıb. 2000 nəfərə qədər insanla əlaqə tamamilə kəsilib.
Vulkanın püskürdüyü yerə yaxın ərazidə yaşayan bir ailənin dörd üzvünün lava axımı nəticəsində itkin düşdüyü və onların öldüyünün ehtimal edildiyi bildirilib.
Fəlakət zamanı biri ağır olmaq beş nəfərin yaralandığı qeyd edilib.
Siau adasında ümumilikdə 22 min nəfər insan yaşayır. Karangetang vulkanı isə sonuncu dəfə 2006-cı ilin yayında fəallaşıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: