İndoneziyada ölənlərin sayı 240 nəfərə çatıb
14 Noyabr 2010 Bazar 17:30
Vulkan ətrafında yaşayan sakinlərə xəbərdarlıq edib.
İndoneziyadakı Merapi vulkanında baş verən silsilə partlayışların nəticəsində ölənlərin sayı 240 nəfərə çatıb. Beynəlxalq təbii fəlakət təşkilatının üzvü A.Devantonun sözlərinə görə, dünən 8 nəfərin cəsədi dağıntıların altından çıxarılıb.

Məlumata görə, noyabrın 5-dən güclü bir partlayışla fəallaşan Merapi vulkanı ətrafında yanğın başlayıb və küllər altında qalmış kəndlərdən cəsədlərin yığılmasına başlanılıb.

Bu arada isə mütəxəssislər Merapidə daha bir güclü partlayışın olacağı haqqında ətrafda yaşayan sakinlərə xəbərdarlıq edib. Onlara vulkanın ətrafından uzaqlaşmağı tövsiyə edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar