İndoneziyanın Sumatra adasında mədən çöküb. Nəticədə 26 nəfər ölüb. İlkin məlumata görə, mədənin dağılmasına orada baş verən partlayış səbəb olub.
İndoneziyanın səhiyyə naziri Rüstəm Pakayanın məlumatına görə, dağıntılar altından 9 nəfər sağ çıxarılıb,14 isə nəfər itkin düşmüş hesab edilir. Xilasetmə işləri davam edir.
Qeyd edək ki, şaxta yerli sakinlərə məxsusdur və fəhlələr iş zamanı ənənəvi üsullardan istifadə edirlər. /ANS PRESS/