İndoneziyada güclü zelzele baş verib
14 İyun 2013 Cümə 00:25
Yeraltı təkanlar 6,7 bal gücündə olub.
İndoneziyada Rixter cədvəli üzrə 6,7 bal gücündə zəlzələ baş verib. ANS PRESS türk mətbuatına istinadən xəbər verir ki, zəlzələnin ardından bölgədə sunami xəbərdarlığı edilməyib. ABŞ Geoloji Araşdırmalar Təşkilatı (USGS) zəlzələnin Cava adası sahillərində meydana gəldiyini bildirib. Yeraltı təkanların gücü dənizin 11 km dərinliyində, paytaxt Cakartadan 423 kilometr aralıda olub.

Dağıntı və insan tələfatı barədə məlumat verilmir.





DOSTLARINLA PAYLAŞ:

oyunlar