İndoneziyada 5,8 bal gücündə zəlzələ olub
29 May 2009 Cümə 10:10
Həlak olanlar və dağıntılar barədə məlumat yoxdur

İndoneziyanın Maluku əyalətində rixter şkalası üzrə 5, 8 bal gücündə zəlzələ olub. Bu barədə RİA Novosti agentliyinin məlumatına görə, milli meteorologiya və geofizika idarəsi bildirib.

“5,8 bal gücündə zəlzələ yerli vaxtla saat 7.58 – də baş verib. Yeraltı təkanların episentri Ambon əyalətinin paytaxtından 57 kilometr şimal-qərbdə olub”,  məlumatda belə deyilir.

Sunami haqqında məlumat daxil olmayıb. Həlak olanlar və dağıntılar barədə məlumat yoxdur. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar