İmamın kilsədə çıxışı xristianları ağlatdı (VİDEO)
15 Yanvar 2013 Çərşənbə Axşamı 04:36
“Misir hər müharibə dövründə üzərinə müsəlmanların və xristianların qanının axdığı bir ölkədir”
Misir ərəb respublikasının paytaxtı Qahirədə müsəlman din xadimi yeni ildə kilsəyə gedərək xristianlara sürpriz edib. Təhrir meyanındakı “Ömər Məkram” məscidinin imamı Məzhər Şahinin "Qəsr əl Dübara” kilsəsindəki çıxışı xristianları kövrəldib. Çıxışına “Bimillah” deyərək başlayan Şahinin sözü İsəvi dini mənsublarının alqışları və “Hamımız misirliyik” şüarları ilə tez-tez kəsilib. Təxminən 12 dəqiqə qarşılıqlı tolerantlıqdan və ortaq dəyərlərdən danışan müsəlman din xadimi Misiri müsəlmanların və xristianların birlikdə qurduğunu deyib.

Məlumata görə, keçən il ölkədə müsəlman və xristianlar arasında meydana gəlmiş qalmaqaldan sonra din xadiminin bu xoşməramlı ziyarəti tərəflər arasındakı gərginliyi azaldıb. Məzhər Şahinin bu addımı yerli müsəlman din alimləri tərəfindən də təqdirlə qarşılanıb.

Din xadimim çıxışı (İxtisarla)

“Salamun aleykum. Mən qardaşınız Məzhər Şahinəm. 2005-ci ildən “Ömər Məkram” məscidinin din xadimiyəm. kilsə ilə səmimi münasibətim var. Bu, İslamın əmri olan bir mnasibətdir. Çünki İslam dini bizə qonşularımıza yaxşı rəftar etməyi əmr edir. Münasibətlərimiz iki ruhdan qidalanır. Dini və vətənsevərlik ruhundan. Misir hər müharibə dövründə üzərinə müsəlmanların və xristianların qanının axdığı bir ölkədir. Elə bir ölkə ki, hamı burda ayrı-seçkiliyə məruz qalmadan yaşamaq istəyir. Misir elə bir ölkədir ki, Məkram Ubeyid paşa, Muhamməd Abduh yaşadı burda. Burda müsəlmanlığın və xristianlığın müstəsna insanları yaşayıb, Misiri abad ediblər. Misir, Uca Allaghın yaratdığı gündən bəri Nil çayının axdığı ölkədir ki, bu çayın suyundan dini, məzhəbi nə olursa olsun, hamı içib…

İnqlabın baş verdiyi günlərdə misirlilər gəlib “Ömər Məkram” məscidində yatırdılar və heç kim onlardan dinlərini adlarını soruşmurdu. Eləcə də inqlab günlərində Misirin kişiləri və gəncləri gəlib kilsədə yatırdı və heç kim onlardan adlarını və dinlərini soruşmurdu…

Mənim bu gün “Ömər Məkram” məscidindən “Qəsri Dübara” kilsəsinə gəlməyim Misirin daxili və xarici düşmənlərinə mesajdır. Necə ki, bu xalq Misir bayrağının altında “Yanvar” inqlabına dəstək verib, eləcə də öz övladlarının çiyinlərində gözəl günlərə doğru irəliləyəcək. bütün dünyaya səslənirəm. Əlinizi Misirdən çəkin. Misir öz problemlərini həll etməyə qadirdir. Misirdə etnik, məzhəb və inanc problem yoxdur. Misirdə fikir problem var.

Adı nə olursa-olsun, bu ölkəyə heç bir müstəmləkəçinin gəlməsini istəmirik. Misirin övladlarıyla istehsalçı bir ölkə olmasını istəyirik. Mənə sadəcə müsəlmanların və ya xristianların işlədiyi bir fabrik göstərə bilərsinizmi? Hətta Şobra kimi bir bölgədə yaşayanları bu müsəlman, bu xristian deyə ayıra bilərsinmizmi? Elə evlər var ki, burda müsəlmanlar və xristianlar birlikdə yaşayır. Burda atası müsəlman, anası xristian olan misirlilər də var. Biz 1948-ci ildə, 1967-ci ildə, 1973-cü ildə birlikdə vuruşduq. 25 yanvar inqlabını da birliokdə həyata keçirdik və heç kim yanında dayanandan adını və dinini soruşmurdu...

Misirin heç kimin müdaxiləsinə ehtiyacı yoxdur. Misir müsəlmanıyla, xristianıyla bir sıradır. Bizim “Ömər Məkram” məscidində hazırlaşdığımız kimi siz də 25 yanvar inqlabının ildönümünü sülh şəraitində qeyd etməyə hazırlaşın. Bu fürsətdən alçaq məqsədləri üçün istifadə etməyə çalışan təxribatçılara yol vertməyin. Misir güclü və təhlükəsiz qalmağa davam edəcək. Mənə burda çıxış etmək imkanı verdiyiniz üçün təşəkür edirəm. Allah razı olsun”.





DOSTLARINLA PAYLAŞ:

oyunlar