İmam star müsabiqəsi başa çatdı
31 İyul 2010 Şənbə 19:50
İmam star müsabiqəsi başa çatdı. Malayziyada keçirilən müsabiqənin finalı 16 ölkədə canlı yayımlanıb.
Malayziyada keçirilən bir müsabiqə bütün dünya ictimaiyyətinin diqqətini cəlb edib. Müsabiqə iştirakçıları isə nə manikenlər, nə də musiqiçilər deyil, din xadimləri olub. Yerli televiziya kanallarından birinin təşkil etdiyi müsabiqədə 10 din xadimi iştirak edib.
Bütün dünyada marağa səbəb olmuş müsabiqənin təşkilatçılarının məqsədi insanların dinə olan marağını artırmaq və cəmiyyətə gənc, savadlı bir din xadimi qazandırmaq olub.
Müsabiqənin şərtlərinə görə, iştirakçılara hər həftə müxtəlif – dini biliklər, ölünü yumaq, dəfn etmək, Qurani Kərim oxumaq kimi tapşırıqlar verilib.
Tamaşaçı sayına görə rekord qıran müsabiqənin qalibi isə 26 yaşlı Məhəmməd Əşrəf adlı gənc olub. ABŞ da daxil olmaqla müsabiqənin finalı 16 ölkədə internet vasitəsi ilə canlı yayımlanıb.
26 yaşlı qalib Səudiyyə Ərəbistanında dini təhsil almaq və Həcc ziyarətində iştirak etmək imkanı ilə mükafatlandırılıb. Bundan əlavə Məhəmməd Əşrəf Malayziyanın ən inkişaf etmiş şəhərlərdən olan Kuala Lumpurdakı məscidlərdən birində axund olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: