İmam Hüseyn meydanında atəş səsləri eşidilib
26 Dekabr 2009 Şənbə 19:25
Tehranda İmam Hüseyn meydanında atəş səsləri eşidilib. Polis müxalifətin mitinqini dağıdıb.
İran paytaxtı Tehranda yerli polislə müxalifətin icazəsiz mitinq iştirakçıları arasında qarşıdurma olub. Aksiyada təqribən 150 nəfər iştirak edib. Yayılan məlumatlara görə, polis mitinqçiləri dağıtmaq üçün havaya atəş açıb.
Müxalifətçilər İmam Hüseyn meydanından İnqilab meydanınadək yürüş keçirməyə cəhd göstəriblər. Lakin qanun keşikçiləri onların bu istəyinin qarşısını alıb. Hazırda şəhərdə tam sakitçilikdir. İnqilab prospekti ilə nəqliyyat vasitələrinin hərəkəti adi qaydada davam edir.
Xatırladaq ki, bu gün təkcə İranda deyil, şiə müsəlmanların yaşadıqları bütün ölkələrdə Hicri təqvimi ilə məhərrəm ayının doqquzuncu günü (Tasua) yürüş keçirilir. Yürüş Hicri təqvimi ilə 680-cı il məhərrəm ayının onuncu gunu - Aşurada Muhəmməd peyğəmbərin (s) sevimli nəvəsi 3-cü imam Hüseyn əlehissəlamın Kərbəla çölündə şəhid olması ilə əlaqədar keçirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: