İlk dəfə məhkəməyə hicablı vəkil çıxdı
26 Yanvar 2013 Şənbə 07:06
Türkiyə vəkillər kollegiyası nizamnaməsinin 20-ci maddəsində göstərilən “başı açıq olmalıdır” bəndi ləğv edilib
Dövlət şurasının (Danıştay) qəbul etdiyi qərardan sonra Türkiyədə ötən gün ilk dəfə hicablı vəkil məhkəmə prosesində iştirak etdi. Məlumata görə, İstanbul Kadıköy məhkəməsində başlayan “təhqirlə” bağlı prosesdə hicablı vəkil Şölə Dağlı şikayətçi tərəfin vəkili kimi iştirak edib.
Prosesin hakimi isə protokola, “Şikayətçinin vəkili məhkəmədə hicabla iştirak edir” – yazdırıb. Buna səbəb kimi hakim, vəkillər kollegiyasının nizamaməsində bu barədə olan maddənin dəyişikliyindən xəbərdar olmamasını göstərib.
Qeyd edək ki, Dövlət şurası Türkiyə vəkillər kollegiyası nizamnaməsinin 20-ci maddəsində göstərilən “başı açıq olmalıdır” bəndini ləğv edib.
DOSTLARINLA PAYLAŞ: