İlk dəfə Hammer görən türklərin ağzı açıq qaldı
12 Fevral 2010 Cümə 05:35
Yerli sakinlər avtomobili diqqətlə incələyib, bəziləri isə ilk dəfə gördüyü Hammerin yanında xatirə şəkli çəkdirib
Türkiyə Şırnak vilayətinin Cizre rayonunda yaşayan və İraqda tikinti podratçısı kimi fəaliyyət göstərən işadamı İdris Serimin İraqdan vətəninə gətirdiyi Hammer yerli əhalinin böyük marağına səbəb olub. Yerli sakinlər Ərbildə işləyən İdris Serimin avtomobilini diqqətlə incələyir, bəziləri isə ilk dəfə gördüyü Hammerin yanında xatirə şəkli çəkdirir. İdris Seim isə insanların təəccüblənməsinin çox təbii olduğunu deyib. “Artıq dünyanın hər yerində insanlar lüks avtomobildən istifadə etməyə başlayıblar. Mənim əvvəldən də Hammerə marağım var idi. İraqda bir tacirdən aldım. Bu avtomobillə Türkiyə, İraq və Suriyaya gedərək işlərimi görürəm”. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar