İlin ən yaxşı nazir
13 Fevral 2013 Çərşənbə 10:30
Türklər bu mükafata Faruk Çəliki layiq biliblər.
Türkiyədə “İlin ən yaxşıları” mükafatlandırma mərasimi keçirilib. ANS PRESS-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, möhtəşəm mərasimdə iş adamları, mədəniyyət və və siyasət dünyasından olan bir çox liderlər iştirak edirdilər.
Mərasim təşkilatçıları Türkiyənin iş və sosial güvənlik naziri Faruk Çəliki “İlin ən yaxşı naziri” seçilib. Tükiyənin “Ən yaxşı siyasətçisi” isə Avropa Birliyi naziri Eğemen Bağışın olduğu açıqlanıb.
Tədbirdə Türkiyədə incəsənət xadimlərinə də mükafatlar təqdim olunub: Orxan Gencebay, Türkan Şoray, Müjdat Gezen, Cemil İpekçi, Zerrin Özer, Cüneyt Arkın və Nebahat Çehre, Hakan Aysev, Hüseyn Emre, ''Çocuklar Gülsün'' kampanyası ilə Gülben Ergen və ''Var Olmak Haktır'' sosial öhdəlik layihəsinin müəllifi Yonca Evcimikə təqdim edilib.
DOSTLARINLA PAYLAŞ: