İlham Əliyev Filippin prezidentini təbrik edib
11 İyun 2011 Şənbə 17:26
Azərbaycan prezidenti III Beniqno Akinoya Müstəqillik günü münasibətilə təbrik məktubu göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Filippin Respublikasının Prezidenti Zati-aliləri cənab III Beniqno Akinoya təbrik məktubu göndərib. ANS PRESS-in Prezidentin rəsmi saytına istinadən yaydığı məlumata görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Milli bayramınız – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Filippin arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcək.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar