İlahiyyat professoru canlı yayımda yerə yıxıldı
02 Noyabr 2010 Çərşənbə Axşamı 03:05
Təcili damar əməliyyatı olan xəstənin ölüm riski davam edir.
Türkiyədə fəaliyyət göstərən özəl telekanallardan birinin canlı efirində çıxış edən ilahiyyat professoru Səlim Ögütün halı qəflətən psləşib. Həkimlərin studiyada ilk müdaxiləni göstərdiyi professor təcili yardımla xəstəxanaya çatdırılıb. Xəstə üzərində təcili damar əməliyyatlı həyata keçirilib.

Həkimlər hal-hazırda reanimasiya şöbəsində olan xəstənin vəziyyətinin yaxşı olduğunu desələr də, ölüm riskinin davam etdiyini bildiriblər.

Qeyd edək ki, 1956-cı ildə Türkiyənin Tokat şəhərində dünyaya gələn professor Səlim Ögüt ali təhsilini Məkkənin “Ümül Qura” universitetində başa vurub və hal-hazırda “İstanbul” universiteti İlahiyyat fakultəsinin akademikidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar