San-Antonio heyvanat baxçasında nadir cinsli ikibaşlı tısbağa doğulub.
San-Antonio şəhərinin heyvanat baxçasında nadir cinsli ikibaşlı tısbağa doğulub. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bir həftə öncə dünyaya gələn tısbağa artıq ictimaiyyətə təqdim edilib.
Artıq bu tısbağaya ad da qoyublar. 1991-ci ildə Oskar mükafatı almış filmin şərəfinə tısbağanı Telma və Luiza adlandırıblar. Heyvanat baxçasının qulluqçuları deyir ki, tısbağa olduqca sağlamdır, sərbəst yeriyir və olduqca gözəl üzür.
Məlumata görə, tıqbağanın hər başının öz xüsusiyyətləri var.