İki yeniyetme öpüş şekline göre hebs edildi
05 Oktyabr 2013 Şənbə 12:28
Merakeşde yeniyetmelerin öpüşdükleri şekli internete yerleşdirmesi ölkede etiraza sebeb olub.
Mərakeşdə iki yeniyetmə - 15 yaşlı qız və 14 yaşlı oğlan öpüşdükləri şəkli internetdə yaydıqları üçün həbs edilib. Ölkənin şimal-şərqində yerləşən Nador şəhərində məktəb qarşısında dostları tərəfindən çəkilən şəkil cütlük tərəfindən "Facebook" sosial şəbəkəsində yerləşdirib. Bundan sonra şəkil yerli qəzetlərdən birində də dərc edilib və ölkədə mühafizəkar cəmiyyətin sərt tənqidinə səbəb olub.

Hər iki yeniyetməyə qarşı mənəvi normaları pozmaq maddəsi ilə ittiham irəli sürülüb və onlar tezliklə yetkinlik yaşına çatmayanlar üçün məhkəməyə çıxarılacaqlar.

Sosial şəbəkələrdə isə həbs olunmuş yeniyetmələrə dəstək kampaniyaları başladılıb. Kampaniyaların təşəbbüskarları sosial şəbəkələrdə öpüşən cütlüklərin əks olunduğu bir milyon şəkil yerləşdirməyə çağırırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar