İki nəfər dünyanın ən hündür binasından tullandı
09 Yanvar 2010 Şənbə 15:10
İki nəfər dünyanın ən hündür binasından tullandı. Paraşütçülər 672 metrdən uğurlu eniş edib.
Bir həftə əvvəl açılışı olan dünyanın ən hündür binası artıq adını Ginnesin rekordlar kitabına yazdırıb. İki paraşütçü Dubaydakı binadan tullanıb.
Naser əl Neyadi və Ömər al-Heqelan adlı paraşütçülər bu addımları ilə Ginnes rekordunu yeniləyiblər. Onlar Bürc Xəlifə adlı binanın 672 metr hündürlüyündən tullanıblar. Hər iki paraşütçünun tullanışı uğurlu alınıb.
Qeyd edək ki, bu cütlük həmçinin dünyanın ən hündür zirvəsi Comolunqmadan, eləcə də bir çox hündür binalardan paraşütlə tullanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: