İki müsəlman ölkəsi təbiətin qəzəbinə tuş gəlib
01 Avqust 2010 Bazar 19:55
Daşqınlar Əfqanıstanda 65, Pakistanda isə 1000 nəfərin həyatına son qoyub.
Pakistanda təbii fəlakət 1000 nəfərin həyatına son qoyub. Səhər saatlarında bu rəqəm 800-ə qədər idi. Ölkənin şimal-qərbində musson yağışları güclü selə, bu isə böyük faciəyə səbəb olub. 150 nəfərdən çox insanın taleyindən hələ də xəbər yoxdur.

Ümumilikdə 1 milyona yaxın insan seldən əziyyət çəkir. 3700-dən çox ev tamamilə dağılıb. Hazırda Pakistanın bir çox yaşayış məntəqələri ilə əlaqə kəsilib.

Təbii fəlakət Kəşmirin Pakistan hissəsinə də ziyan vurub. Burada ilkin məlumatlara görə, 22 nəfər, Cənub-şərqdəki Belucistanda isə 25 nəfərin ölüb.
Pakistan hökuməti vəziyyəti nəzarət altına almağa çalışsa da, hələ ki, buna müvəffəq ola bilməyib.

Xilasedicilər təhlükəli yerlərdən 27 min sakini köçürməyə çalışır. Artıq Avropa Komissiyası Pakistana 30 milyon avro hümanitar yardım ayırıb. Daşqınlar qonşu Əfqanıstanda da 65 nəfərin ölümünə, 1000-dən çox sakinin isə zərərçəkməsinə səbəb olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar