İki kişi bir-biri ilə rəsmən evləndi
29 Dekabr 2009 Çərşənbə Axşamı 03:25
İki kişi bir-biri ilə rəsmən evləndi. Onların toyunda dövlət məmuru da iştirak edib.
Argentinada iki eyni cinsin nümayəndələri rəsmi nikaha giriblər. Bununla Latın Amerikasında eynicinslilər arasında ilk toy olub.

Xose Mariya di Bello və Aleks Freyrin toyu Argentinanın Uuşupyya şəhərində olub. Yerli məmurlar onların nikahını qeydə alıblar. Nikah mərasimində diskriminasiya ilə mübarizə üzrə dövlət xidmətinin nümayəndəsi də iştirak edib və bunu tarixi hadisə adlandırıb.

İki kişi əvvəlcə Buenos-Ayresdə evlənməyi planlaşdırsa da, yerli hökumət bununla bağlı hüquqi maneələr yaradıb. Noyabrda onlar məhkəməyə müraciət ediblər. Lakin nikahlarını qanuniləşdirməyə nail olmayıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar