İki düşman ölke İran ve ABŞ ticaret elaqelerin genişlendirir
20 Sentyabr 2014 Şənbə 10:17
İki ölke arasındakı ticaret elaqelerinin inkişaf etdirilmesi meqsedile İran ve ABŞ arasında ortaq ticaret palatasının qurulacaq.
Beynelxalq İran Ticaret Palatası Komitesi baş katibi Mehemmed Hüseyn Behkiş bildirib ki, iki ölke arasındakı ticaret elaqelerinin inkişaf etdirilmesi meqsedile İran ve ABŞ arasında ortaq ticaret palatasının qurulacağını bildirib.

ANS PRESS-in melumatına göre, bu barede xeberi Mehr xeber agentliyi yayıb.

Xeberde qeyd edilir ki, Behkiş bunları qeyd edib: "Keçen il prezident Hesen Ruhaninin Nyu-Yorkdakı Birleşmiş Milletler Teşkilatının toplantısından İrana döndükden sonra işlerine başlanan İran-ABŞ Ortaq Ticaret Palatasının qurulması deqiqleşdi. Bu iş esnasında ABŞ heyeti işimizi asanlaşdırarken, İsrail yolumuza daş qoymağa çalışdı. Lakin İran heyetinin seylerile palatanın qurulması üçün razılaşmaya geldik".

Qeyd edek ki, İran gömrük komitesinin son 5 aylıq melumatlarına göre, ABŞ-a ixrac texminen 207 min dollar, idxal ise 50 milyon 500 min dollar teşkil edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar