İki britaniyalı girovun cəsədi Londona təhvil verilib
20 İyun 2009 Şənbə 21:50
Cəsədlərin 2007-ci ildə İraqda girov götürülən britaniyalılara məxsus olduğunu istisna edilmir

 

İraq hakimiyyəti Britaniyadan olan iki girovun cəsədini Londona təhvil verib. ANS PRESS-in “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Böyük Britaniyanın xarici işlər naziri Devid Millibend ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün götürüləcək analizlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Cəsədlərin 2007-ci ildə İraqda girov götürülən iki britaniyalıya məxsus olduğunu istisna edilmir.

Xatırladaq ki, həmin vaxt beş Britaniya vətəndaşı əsir götürülmüşdü. /ANS PRESS/

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar