II Yelizavetanın əri xəstəxanaya yerləşdirilib
07 İyun 2013 Cümə 00:36
Şahzadə Filipp xəstəxanada iki həftə müddətində qalacaq.
Böyük Britaniya kralıçası İİ Yelizavetanın əri şahzadə Filipp xəstəxanaya yerləşdirilib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, o, diqnostik müayinədən keçəcək. Bu barədə Bukemgem sarayı rəsmi açıqlama yayıb.
Məlumata görə, o, bu gün London klinikasına aparılıb və sinəsində diaqnostik müayinə aparılacaq. Onun xəstəxanada iki həftə müddətində qalacağı bildirilir.
Qeyd edək ki, Edinburq Şahzadəsinin iyunun 10-da 92 yaşı tamam olacaq.
DOSTLARINLA PAYLAŞ: