II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir
19 May 2012 Şənbə 18:34
Britaniya kraliçasını təbrik etməyə gələnlər arasına İspaniya kraliçası Sofiya olmayıb.
Bu gün Böyük Britaniya kraliçası İİ Yelizavetanın hakimiyyətə gəlməsinin 60 illiyi qeyd olunur. Bu münasibətlə Londonda hərbi parad keçirilir. Vindzor qəsrində bayram naharı verilir. Bütün dünyadan dövlət başçıları kraliça İİ Yelizavetanı Britaniya taxt-tacına gəlməsi münasibətilə təbrik edib.
Bir neçə Avropa ölkəsi, Yaponiya, Səudiyyə Ərəbistanı, Qətər də daxil olmaqla, 26 ölkədən monarxlar və kral ailələrinin üzvləri kraliça İİ Yelizavetanın qonaqlarıdır. Qonaqların qəbulunda Britaniya kral ailəsinin böyüklü-kiçikli bütün üzvləri iştirak edib.
İİ Yelizavetanı təbrik etməyə gələnlər arasında İspaniya kraliçası Sofiya olmayıb. O, İspaniya ilə Böyük Britaniya arasında Cəbəllüttariq ərazisi ətrafında yaranan mübahisə ilə əlaqədar Londona gəlməkdən imtina edib.
DOSTLARINLA PAYLAŞ: