İhsan Doğramaçının səhhəti pisləşib
18 Noyabr 2009 Çərşənbə 14:05
Bilkənd Universitetinin qurucusu, professor İhsan Doğramaçının səhhəti pisləşib.
APA-nın “Hürriyet”e istinadən yaydığı məlumata görə, 97 yaşlı İhsan Doğramaçı Hacettepe Universitetinin Tibb fakültəsinin xəstəxanasına yerləşdirilib. Hazırda professor süni nəfəsalma aparatına qoşulub, həkimlər bir həftə əvvəl səhhətində problemlər yaranan Doğramaçının vəziyyətinin daha da ağırlaşdığını bildirirlər.
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar