İhlas (İHA) agentliyinin sahibi vəfat etdi
23 Fevral 2013 Şənbə 08:20
Akademiya həyatından ayrılan Ənvər Ören bir neçə dostu ilə birlikdə qəzet təsis edərək mətbuat həyatına atılıb.
Türkiyənin tanınmış biznesmeni, “İhlas” holdinqin sahibi Ənvər Ören uzun sürən xəstəlikdən sonra vəfat edib. Ənvər Ören 1939-cu ildə Türkiyənin Dənizli vilayətində anadan olub. Orta təhsilini burda tamamlayan Örən əvvəl İstanbul “Kuleli” hərbi akademiyasına daha sonra İstanbul universiteti Təbiət elmləri fakultəsinə daxil olub. 1961-ci ildə bakalavr təhsilini başa vuran Ənvər Ören NATO-nun təsis etdiyi xüsusi təqaüdlə Neapolda təhsilinə davam edib.
1970-ci ildə universitetdən və akademiya həyatından ayrılan Ənvər Ören bir neçə dostu ilə birlikdə “Həqiqət” , daha sonra adı “Türkiyə” olaraq dəyişdirilən və bu gün də bu adla nəşr olunan qəzeti təsis edərək mətbuat həyatına atılır.
Qeyd edək ki, tərkibində TGRT (Türkiyə Gazetesi Radio Televizyonu) tele-kanalı, TGRT FM radiosu, “Türkiye” qəzeti, “İhlas” (İHA) agentliyi, iha.com.tr xəbər portalı, “Həqiqət” nəşriyyat, “İhlas” xəstəxanası və s. şirkətlərin olduğu holdinqə hazırda Ə. Örenin oğlu Mücahid Ören rəhbərlik edir.
Ənvər Ören Türkiyənin tanınmış İslam alimi Hüseyn Hilmi İşığın kürəkənidir.
Allah rəhmət eləsin.
DOSTLARINLA PAYLAŞ: