İğdırda yaşayan azərbaycanlılar Ermənistan sərhədinə yürüyür
03 Avqust 2014 Bazar 02:53
İğdırda yaşayan azərbaycanlılar Ermənistanla sərhəddə yerləşən Əlican sərhəd-keçid məntəqəsinə yürüş etməyə hazırlaşır.
ANS PRESS-in məlumatına görə, bu barədə APA TV-yə Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin rəhbəri Göksəl Gülbəy xəbər verib. O, Ermənistanla döyüşlərdə Azərbaycan hərbçilərinin şəhid olması xəbərinin İğdırda ağrı ilə qarşılandığını bildirib.

“Dünən şəhərimizdə yaşayan Azərbaycan türkləri ilə söhbət etdik. Hamısı üsyan edir, deyir ki, nə qədər gözləyəcəyik? Hətta "sərhədə kimi yürüş edək dedilər. Amma biz Azərbaycanın reaksiyasını gözləyirik. Buradakı insanlar üzülür. Azərbaycan şəhid verdi deyəndə gözü dolan insanlar gördüm. Sanki Türkiyədə bir əsgər şəhid olub. Biz Azərbaycanı hər zaman dəstəkləyirik. Lazım gəlsə, bu yolda canımızı da verməyə hazırıq”.

Göksəl Gülbəy təşkilatına üzv olan 150 iğdırlı qadın və kişinin daha əvvəl Azərbaycanın Qarsdakı baş konsulluğuna müraciət etdiyini və müharibə olarsa, müharibədə iştirak etmək istədiklərini bəyan edib.

“İllərdir burada PKK ilə mübarizədə minlərlə şəhid verdik. Azərbaycanın şəhid verməsinin nə demək olduğunu çox gözəl anlayırıq. Bu hissləri o qədər yaşadıq ki, Azərbaycanı bizdən yaxşı heç kəs anlaya bilməz”. - deyə, G.Gülbəy bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar