İctimai Televiziya baş direktoru vezifesinden azad edilib
09 Sentyabr 2013 Bazar Ertəsi 07:10
Şura televiziyanın baş direktoru Georgi Barataşviliyə son 6 ayda ikinci dəfə etimadsızlıq göstərib.
Gürcüstan İctimai Televiziyasının Qəyyumlar Şurası televiziyanın baş direktoru Georgi Barataşvilini vəzifəsindən azad edib.

Reqlamentə görə, Qəyyumlar Şurası yeni baş direktorun seçilməsi üçün 10 gün ərzində müsabiqə elan etməlidir. Baş direktorun vəzifəsinin icrası birinci müavin Tamaz Tkemaladzeyə həvalə olunub.

Şura televiziyanın baş direktoru Georgi Barataşviliyə son 6 ayda ikinci dəfə etimadsızlıq göstərib. Birinci dəfə o, məhkəməyə müraciət edib və məhkəmənin qərarı ilə vəzifəsinə bərpa olunub.

Georgi Barataşvili, Qəyyumlar Şurasının onun barəsində yenə də ədalətsiz qərar qəbul etdiyini deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar