Çexiyanın maliyyə naziri Miroslav Kalousek etiraf edib ki, 6 iyunda jurnalistlərə sərxoş halda müsahibə verib. ANS PRESS-in Publika.az saytına istinadən verdiyi xəbərə görə, həmin müsahibə zamanı Kalousekin dili dolaşıb və o eyni sözü dəfələrlə təkrarlayıb. Müshibədən sonra jurnalistlər onun içkili olduğunu desələr də nazir boynuna almamışdı, sadəcə yorğun olduğunu deyib.
“Mən üç gün idi ki yatmırdım. Buna səbəb sadəcə ölkədəki sel deyildi, həm də evim suyun altında qalmışdı. Sonra mən iki qədəh içdim və bərk sərxoş oldum. Bu işdən sonra axşam idi. Mən bilmirdim ki jurnalistlərə müsahibə verməliyəm. Daha heç nə demirəm, üzr istəyirəm”.
Xatırladaq ki, bundan qabaq da Çexiyanın prezidenti Miloş Zeman sərgilərdən birində sərxoş olaraq az qala yıxılmışdı. Lakin rəsmi versiyada Zemanın sadəcə virus infeksiyasına yoluxduğu deyilmişdi.