İçində 30 uşaq olan avtobus aşıb
15 Mart 2012 Cümə Axşamı 22:17
Hadisə Yaponiyada baş verib.
Yaponiyanın Sukuba şəhərində uşaqları uşaq baxçasına aparan avtobus minik avtomobili ilə toqquşub. Nəticədə avtobus bir neçə dəfə çevrilib. ANS PRESS-in “RİA Novosti”yə istinadən verilən məlumata görə, 30 uşaq və 4 tərbiyəçi hospitala yerləşdirilib.

Avtobus sürücüsünün sözlərinə görə, toqquşmadan yayınmaq istəsə də, yolun solundan minik avtomobili çıxıb və o, idarəetməni itirib.

Hospitala 30 uşaq, avtobus sürücüsü və tərbiyəçilərlə bərabər minik avtomobilinin sürücüsü də gətirilib. Həkimlər bildirir ki, 11 uşaq yüngül xəsarətlər alıb, böyüklərin də vəziyyəti qənaətbəxşdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar