İbrahim Tatlısəsin otelini alan tapılmadı
07 Dekabr 2010 Çərşənbə Axşamı 21:05
Obyekt 9,97 milyon YTL-yə satışa çıxarılsa da, onu almaq istəyən olmayıb
Türkiyənin öndə gedən məşhur sənətçisi İbrahim Tatlısəsin mehmanxanası bu gün satışa çıxarılıb. Türkiyənin "Doğtaş" firması ilə məhkəməsi davam edən İbrahim Tatlısəsin oteli Kuşadası İcra Məhkəməsi tərəfindən hərraca çıxarılıb.
Mehmanxana 9 milyon 970 min Türkiyə lirəsinə satışa çıxarılsa da, onu almaq arzusunda olan olmayıb. Bu səbəbdən mehmanxananın satışı dekabrın 17-ə təyin edilib. İkinci satışda otelin binası 6 milyon 450 min lirə, qalan ərazisi isə 612 min lirəyə satışa çıxarılacaq.
Qeyd edək ki, mehmanxananın satış gününün təxirə salınmasından məyus olan İbrahim Tatlısəs jurnalistlərə açıqlama verib. Artıq bezdiyini söyləyən ifaçı daha ticarətlə məşğul ola bilmədiyini dilə gətirib.
DOSTLARINLA PAYLAŞ: