İbrahim Tatlısəs bu il yenidən ata ola bilər
08 Yanvar 2012 Bazar 01:09
Övladımın əsmər, mavi gözlü olmasını istəyirəm.
Türkiyənin məşhur müğənnisi İbrahim Tpatlısəs İstanbuldakı “Tatlıses Kebap”da yemək yedikdən sonra jurnalistlərlə görüşüb. ANS PRESS-in “Habertürk”ə istinadən verdiyi məlumata görə, ötən ilin yazınla silahlı hücuma məruz qalan müğənni jurnalistlərə “Sizsiz çox darıxmışam. Çox yaxında birlikdə olacağıq”, - deyib.

Həyatının yaxı getdiyini dilə gətirən İbrahim Tatlısəs daha sonra deyib: “Problemlərimizin 80 faizi bitdi, 20 faizi qaldı. Hər şey yolundadır”.

Müğənni ən böyük xəbəri sona saxlayıb: “2012-ci ildə övladımız ola bilər. Ona görə də bu gün-sabah ayrılacaqlar kimi şeylər yaxmayın. Övladımın əsmər, mavi gözlü olmasını istəyirəm”.

İbrahim Tatlısəsin yanında həyat yoldaşı Ayşegül Yıldız, meneceri Polat Yacı və yaxın dostu Aydemir Akbaş da olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar