Hüsnü Mübarəkin vəziyyəti pisləşdi
20 İyun 2012 Çərşənbə 00:42
Keçmiş prezident Hüsnü Mübarək xəstəxanaya köçürülə bilər.
Qahirədəki “Tora” həbsxanasında cəza çəkən keçmiş Misir prezidenti Hüsnü Mübarəkin vəziyyəti qəfildən pisləşib. Məlumatı Misir KİV-i Daxili İşlər Nazirliyinin nümayəndələrinə istinadən yayıblar.
Həbsxana hospitalının həkimləri bildiriblər ki, Hüsnü Mübarək təcili müayinədən keçməli və həbsxanadan kənarda daha müasir hospitala köçürülməlidir. Məlumata görə, Misirin Daxili İşlər Nazirliyində eks-perzidentin Qahirə yaxınlığındakı hospitala köçürülməsi ilə bağlı qərar hazırdır və yaxın vaxtlarda həyata keçiriləcəyi gözlənilir.
Hüsnü Mübarək iyunun 2-də ömürlük həbs cəzasına məhkum edilib. O, məhkəmə zalından birbaşa “Tora” həbsxanasına göndərilib və həmin gün ürək tutması olub.
DOSTLARINLA PAYLAŞ: