Hüsnü Mübarəkin tərəfdarlarını seçkiyə buraxmadılar
13 Noyabr 2011 Bazar 03:05
Məhkəmə keçmiş hakim partiyanın üzvlərinin seçkidə iştirakını qadağan etdi.
Misirin İnzibati Məhkəməsi ölkənin hakim partiyasının keçmiş üzvlərinin noyabrda keçiriləcək seçkilərdə iştirakına icazə verməyib. Keçmiş prezident Hüsnü Mübarəkin rəhbərlik etdiyi Milli Demokrat Partiyasının üzvləri məhkəmənin qərarında korrupsiyanın yayılması və demokratiyaın sarsıdılmasında ittiham ediliblər. Məhkəmənin qərarından şikayət vermək olmaz.

Misirdə seçkilər noyabrın 28-də başlayacaq.

Hüsnü Mübarək devrildikdən sonra müxtəlif siyasi partiya və hərəkatlar ölkəyə rəhbərlik edən hərbi xuntatan Milli Demokrat Partiyasının üzvlərinə seçkilərdə iştirakı qadağan olunmasını tələb edirdilər.

Oktyabrda Misirin bir neçə şəhərində Hüsnü Mübarəkin tərəfdarlarının iştirakı ilə yürüş keçirilib. Onlar hakimiyyətə fəaliyyətlərinə qadağa qoyulmasının ciddi nəticələri ilə bağlı xəbərdarlıq ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar