Hüsnü Mübarəkin səhhəti pisləşib
26 Aprel 2012 Cümə Axşamı 06:26
Belə davam edəcəyi təqdirdə sabiq Misir liderinin öləcəyi ilə bağlı söz söhbətlər gəzir.
Misirin sabiq prezidenti Hüsnü Mübarəkin vəziyyəti yenidən pisləşib. Bu barədə Misir kütləvi informasiya vasitələri məlumat yayıb. Məlumata görə onun vəziyyəti günü gündən pisləşir. Hətta belə davam edəcəyi təqdirdə Hüsnü Mübarəkin öləcəyi ilə bağlı da söz söhbətlər gəzir. Hazırda həbsdə olan Misirin sabiq lideri xüsusi tipli xəstəxanada müalicə alır. 84 yaşlı Mübarək Misir inqilabı zamanı dinc sakinlərə atəş açmaq barədə əmr verməkdə ittiham olunur. Əsrin işi adlanan məhkəmə prosesi bir neçə müddətdir davam edir və Mübarək məhkəmə zalına xərəkdə gətirilir. Misir prokurorluğu isə onun ölüm hökmünə məhkum olunması barədə məhkəmə qarşısında vəsadət qaldırıb.
DOSTLARINLA PAYLAŞ: