Hüsnü Mübarəkin səhhəti pisləşib
11 İyun 2011 Şənbə 00:51
Keçmiş Misir liderinin bədənindəki xərçəng şişi metastaz verib
Keçmiş Misir lideri Hüsnü Mübarəkin səhhəti kəskin pisləşib. Yerli KİV-in məlumatına görə, xərçəng şişişin geniş metastazı (xəstəlik törədicilərinin qan və ya limfalar vasitəsilə bədənin başqa yerlərinə yayılması) nəticəsində Hüsnü Mübarəkin bütün fiziki göstəriciləri pisləşib. Həkimlər keçmiş prezidentin həyatı ilə bağlı ciddi təhlükənin olduğunu bildirirlər.

Təxminən bir il əvvəl Hüsnü Mübarək Almaniya klinikasında müalicə olunub. Rəsmi məlumatlara görə, orada onun öd kisəsindən daş çıxarılıb. Lakin sonradan mətbuatda məlumatlar yayıldı ki, əslində, Hüsnü Mübarək xərçəng xəstəsidir və Almaniyada onun bədənindən şiş götürülüb. Həmin vaxt əməliyyat uğurla keçsə də, Hüsnü Mübarək bu il yenidən müayinə edilməlikdi. Lakin Misirdə baş verən hadisələr və Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsi müalicəni yarımçıq qoyub. Hazırda keçmiş Misir lideri dərmanların qəbulundan imtina edir.

Hüsnü Mübarək ürək tutması keçirdikdən sonra Şarm-eş-Şeyx şəhərində xəstəxanaya yerləşdirilib. O vaxtdan dəfələrlə KİV-də keçmiş prezidentin bədənində bəd xassəli şişin böyüməsi barədə məlumatlar yayılıb. Bir müddət əvvəl həkimlərin kosiliumu çağırılıb. Həkimlər bildiriblər ki, sabiq prezident Qahirə həbsxanasına köçürülə bilməz.


DOSTLARINLA PAYLAŞ:

oyunlar