Hüsnü Mübarəkə yaxın iş adamı İspaniyada tutuldu
17 İyun 2011 Cümə 02:02
83 yaşlı Hüseyn Salam Misirin ən varlı şəxslərindəndir.
İspaniyanın hüquq-mühafizə orqanları ən varlı misirlilərdən biri, Hüsnü Mübarəkin yaxın adamı 83 yaşlı Hüseyn Salamı həbs ediblər. Bunu Qahirədə jurnalistlərə İnterpolun Misir bürosunun rəhbəri deyib.
MEHA agentliyinin məlumatına görə, Hüseyn Salam Mlayorkadakı villasında şəbs edilib. İnterpolun Misir bürosunun rəhbəri bildirib ki, Misir onun qaytarılmasına və vətənində məhkəmə qarşısında dayanmasına çalışır.
Hüsnü Mübarəkin yaxın ətrafından olan Şüseyn Salam ailəsi ilə birlikdə fevralda Misiri tərk edib. Həmin vaxt Misir prezidenti xalq çıxışları və iğtişaşların təzyiqi altında istefa vermişdi.
Misir məhkəməsi iş adamını İspailə qaz idxalı ilə bağlı aşağı qiymətlərlə müqnavilə bağlamaqda və bununla Misir büdcəsinə milyardlarla dollar ziyan vurmaqda ittiham edir. Bundan başqa, Hüseyn Salam mehmanxana tikintisi üçün torpaq müqabilində Hüsnü Mübarəkin ailəsinə Qırmızı dənizdə dəbdəbəli villalar hədiyyə etməkdə şübhəli bilinir.
İş adamının məhkəməsi avqustun 3-də başlamalıdır. Həmin vaxt müttəhimlər kürsüsündə Hüsnü Mübarək və iki oğlu da dayanmalıdır.
Hüseyn Salam Misirin kurort şəhəri Şarm eş Şeyxdə bir neçə mehmanxananın, eləcə də, Misir prexidentinin həbs onunanadək ailəsi ilə yaşadığı “Movenpik” turizm kompleksinin sahibidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: